Bank Of Baku

Azərbaycan I rübdə qızıl hasilatını 3%, gümüş hasilatını isə 81% artırıb

Azərbaycan I rübdə qızıl hasilatını 3%, gümüş hasilatını isə 81% artırıb
# 15 aprel 2011 14:13 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bununla yanaşı, hesabat dövründə ölkədə 457 kq gümüş hasil edilib ki, bu da ötən ilin yanvar-mart aylarına nisbətən 81,3% çoxdur.

Cari ilin aprelin 1-nə Azərbaycanda qızılın hazır məhsul ehtiyatı 74 kq, gümüşün isə 85 kq olub.

Ümumiyyətlə, 2011-ci ilin yanvar-mart aylarında 894 kq qiymətli metal filizləri və konsentratlar hasil olunub ki, 2010-cu ilin analoji dövrü ilə müqayisədə bu göstərici 32,1% artıb.

Xatırladaq ki, qızıl ehtiyatları Azərbaycanda hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızılın hesabına formalaşır. Hazırda dünya bazarlarında qızılın 1 unsiyasının qiyməti 1 475 ABŞ dolları, gümüşün isə 41 dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR