Bank Of Baku

Azərbaycan prezidenti “Astara-1” kiçik su-elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib

Azərbaycan prezidenti “Astara-1” kiçik su-elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib
# 15 aprel 2011 14:32 (UTC +04:00)
Bakı - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Astara rayonunda İstisu çayı üzərində inşa olunacaq “Astara-1” kiçik su-elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib.

APA-nın məlumatına görə, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlət başçısına ölkəmizdə energetikanın inkişafı və kiçik su-elektrik stansiyalarının tikintisi barədə məlumat verib.

Bildirilib ki, Azərbaycanın elektroenergetika sistemi son bir neçə ildə həyata keçirilən kompleks tədbirlər nəticəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin 2009-cu il 16 noyabr tarixli müvafiq sərəncamı ilə külək və su-elektrik stansiyalarının inşasının da respublikamızda geniş tətbiqi məqsədilə potensial imkanların öyrənilməsi və xüsusi proqramların hazırlanması barədə “Azərenerji” ASC-yə tapşırıq verilib. Prezident 2010-cu ili respublikamızda alternativ enerji mənbələrinin istifadəsi və ekologiyasının yaxşılaşdırılması istiqamətində kəskin dönüş ili elan etdikdən sonra ölkəmizdə bu istiqamətdə tədbirlər daha da genişləndirilib.

Dövlət başçısı “Astara-1” kiçik su-elektrik stansiyasının əsas qurğularının yerləşməsi planı ilə tanış olub, binanın, maşın zalının görünüşünü əks etdirən fotostendlərə baxıb.

Qeyd edildi ki, yaxın illərdə respublikamızda yüzlərlə kiçik su-elektrik stansiyasının inşası nəzərdə tutulub. Bununla bağlı konkret işlər görülür. İstisu çayı üzərində tikiləcək 1,7 meqavat gücündə stansiyada ildə 2,5 mln. kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Stansiyanı işlətmək üçün İstisu çayından götürülən yüksək təzyiqli su 2 km məsafədən borular vasitəsilə stansiyaya ötürüləcək. Yeni stansiyada suqəbuledici qurğu, hidroaqreqatlar, 10 kilovoltluq yarımstansiya və elektrik xətti, həmçinin digər qurğular inşa olunacaq, müasir avadanlıq quraşdırılacaq. Stansiya istifadəyə verildikdən sonra ətraf kəndlərdə yaşayan 3 min abonent elektrik enerjisi ilə təmin olunacaq.

Dövlət başçısı su-elektrik stansiyasının təməlini qoyub, gilizi bünövrəyə buraxıb və beton qarışığı tökən qurğunu işə salıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR