Bank Of Baku

“Azərikimya” İB-nin Səthi aktiv maddələr və Üzvi sintez zavodlarının istehsalat sahələri təmirdən sonra istismara verilib

“Azərikimya” İB-nin Səthi aktiv maddələr və Üzvi sintez zavodlarının istehsalat sahələri təmirdən sonra istismara verilib
# 15 aprel 2011 16:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunda əsaslı təmir işlərindən sonra kaustik soda, maye xlor və xlorid turşusu istehsalı bərpa edilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvarından birliyin Səthi aktiv maddələr zavodunun civə üsulu ilə kaustik soda və xlor istehsalatının elektroliz vannalarının təmirə ehtiyacı olması səbəbindən fəaliyyəti dayandırılıb, Rusiyadan yeni ehtiyat hissələri gətirildikdən sonra təmir işlərinə başlanılıb. Bu məhsullar “Azərikimya”nın Etilen-polietilen zavodunun EP-300 və Buxar-generator qurğularında suyun təmizlənməsində və «Üzvi sintez» zavodunda propilen oksidi istehsalında istifadə olunur.

Qeyd edək ki, Səthi aktiv maddələr zavodunda aparılan təmir işləri ilə əlaqədar «Üzvi sintez» zavodundakı müvafiq istehsalatın da fəaliyyətinə ara verilib. Bu müddət ərzində zavodun illərdən bəri dayanmadan istismar olunmuş əhəng südü və propilen oksidi istehsalatlarında da müvafiq təmir işləri aparılıb. Artıq həmin istehsalat sahələrində də fəaliyyət bərpa olunub. Aparılan təmir işləri nəticəsində «Üzvi sintez» zavodunun propilen-qlikol və poliefir qətranı istehsal edən sexlərində, ümumilikdə isə «Azərikimya» İB-nin bütün müəssisələrində texnoloji proses təmin edilib, «xammal-yarımfabrikat-hazır məhsul» prinsipi üzrə maneəsiz istehsal fəaliyyətinə nail olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR