Bank Of Baku

Azərbaycan Ermənistandakı “Metsamor” AES-in ciddi təhlükə mənbəyi olmasını sübut edən faktları toplayır

Azərbaycan Ermənistandakı “Metsamor” AES-in ciddi təhlükə mənbəyi olmasını sübut edən faktları toplayır
# 16 aprel 2011 14:31 (UTC +04:00)
Bakı - APA. Azərbaycan hökuməti Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının (AES) bölgə üçün ciddi təhlükə mənbəyi olmasını sübut edən faktları toplayır. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Xarici İşlər Nazirliyinin (XİN) bununla bağlı işlər apardığını deyən H.Bağırovun sözlərinə görə, faktlar Beynəlxalq Atom Enerjisi Təşkilatı da daxil olmaqla beynəlxalq təşkilatlara təqdim olunacaq.

“Hazırda biz bununla bağlı müxtəlif beynəlxalq təşkilatlarla yazışmalar aparırıq. “Metsamor” kifayət qədər köhnəlmiş texnologiyalarla işləyir. Bu stansiya Azərbaycan və Gürcüstandan daha çox Ermənistanın özü üçün təhlükədir. Aparılan danışıqların mövzusu da bu AES-in fəaliyyətinin dayandırılmasından ibarətdir”, - deyə nazir vurğulayıb.

Nazir Azərbaycanın məsələ ilə narahatlığını Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin başçısı Roland Kobianın da diqqətinə çatdırıb. Öz növbəsində diplomat da təmsil etdiyi qurumun bu stansiyanın fəaliyyətindən ciddi narahatlıq keçirdiyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR