Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Şərqi Avropada yanacaqdoldurma məntəqələri şəbəkəsi yaratmağa hazırlaşır

Azərbaycan Dövlət Neft Şirkəti Şərqi Avropada yanacaqdoldurma məntəqələri şəbəkəsi yaratmağa hazırlaşır
# 18 aprel 2011 09:03 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin sonunadək Gürcüstanda “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin (YDM) sayı 95-ə çatdırılacaq.

APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bu gün Bakıda işə başlayan V Xəzər Neft-Qaz, Ticarət və Nəqliyyat Konfransında çıxışında bildirib.

Onun sözlərinə görə, hazırda Gürcüstanda 60 YDM fəaliyyət göstərir: “Ümumiyyətlə, ARDNŞ Gürcüstanın neft məhsulları bazarının 2/3-nə nəzarət edir. Azərbaycanda isə 6 “SOCAR” YDM-i var, gələcəkdə onların sayını 30-a çatdırmaq nəzərdə tutulur”.

X.Yusifzadə qeyd edib ki, Ukraynada “SOCAR”ın YDM şəbəkəsinin yaradılması işləri çərçivəsində Odessa vilayətində 20 YDM alınıb: “Bundan başqa, ARDNŞ Ukraynada neft emalı sahəsinə investisiya imkanlarını öyrənir. YDM-lə bağlı analoji işlər Rumıniyada da aparılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR