Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Birləşmiş Ərəb Əmirliklərində neft terminalı tikəcək

Azərbaycan Dövlət Neft Şirkəti Birləşmiş Ərəb Əmirliklərində neft terminalı tikəcək
# 18 aprel 2011 09:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) neft terminalı tikəcək.

APA-Economics”in xəbərinə görə, bunu ARDNŞ-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bu gün Bakıda işə başlayan V Xəzər Neft-Qaz, Ticarət və Nəqliyyat Konfransında çıxışında bildirib.

Onun sözlərinə görə, bir qədər əvvəl !SOCAR Trading! şirkəti İsveçrənin “Aurora Progress” şirkəti ilə BƏƏ-nin Fuceyra limanında neft məhsulları terminalının tikintisi barədə müqavilə bağlayıb: “Fuceyra böyük potensialı olan ticarət mərkəzidir”.

Qeyd edək ki, hazırda ARDNŞ-ın Avropa və Asiya ölkələrində 11 nümayəndəliyi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR