Bank Of Baku

Sumqayıtda gübrə zavodu tikiləcək

Sumqayıtda gübrə zavodu tikiləcək
# 18 aprel 2011 12:39 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın Sumqayıt şəhərində gübrə zavodunun tikintisi nəzərdə tutulur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin «Azərkimya» İstehsalat Birliyinin baş direktoru Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, hazırda belə zavodların tikintisi ilə məşğul olan şirkətlərlə danışıqlar aparılır. Tikinti işlərinin bu il başlanması nəzərdə tutulur. Müəssisədə ildə 500 min tondan artıq karbomid gübrəsinin istehsalı nəzərdə tutulur. Bu məhsul ilk növbədə ölkənin daxili tələbatının ödənilməsinə, eləcə də ixrac üçün istifadə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR