Bank Of Baku

Bakıda beynəlxalq neft-qaz konfransı keçirilir - FOTOSESSİYA

Bakıda beynəlxalq neft-qaz konfransı keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 18 aprel 2011 13:22 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Bakıda V Xəzər Neft-Qaz Ticarət-Nəqliyyat Konfransı işə başlayıb. «APA-Economics»in məlumatına görə, üç gün davam edəcək konfransda Xəzər regionu, MDB, Şərqi və Qərbi Avropa ölkələrinin enerji qurumları, energetika şirkətlərinin nümaynədələri, eləcə də çoxsaylı ekspert və mütəxəssislər iştirak edir. Britaniyanın «Condidence Capital Ltd.» şirkətinin təşkil etdiyi tədbirdə Azərbaycanı sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov, Dövlət Neft Şirkətinin I vitse-prezidenti Xoşbəxt Yusifzadə, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, eləcə də Neft Akademiyasının rektoru Siyavuş Qarayev təmsil edirlər.

Konfransda Xəzər regionunun neft-qaz sektorunun inkişaf tendensiyası, Avropanın enerji tələbatının ödənilməsində Azərbaycanın rolu, regionun nəqliyyat infrastrukturu və s. məsələlər ətrafında məruzələrin ediləcəyi, fikir mübadiləsinin aparılacağı gözlənilir. Tədbirdə Xəzər regionunda beynəlxalq qaz layihələrinin reallaşdırılması, ixrac istiqamətlərinin şaxələndirilməsi, eləcə də dünyada baş verən hadisələrin neftin ixracı proseslərinə təsiri müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR