Bank Of Baku

Azərbaycanda magistral kəmərlərlə neftin nəqli I rübdə 4% artıb

Azərbaycanda magistral kəmərlərlə neftin nəqli I rübdə 4% artıb
# 18 aprel 2011 13:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 12,1 mln. ton və ya ötən ilin analoji dövrü ilə müqayisədə 4,3% çox neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,3%-i ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və ötən dövr ərzində bu kəmər vasitəsilə 9,2 mln. ton neft ötürülüb ki, 2010-cu ilin yanvar-mart ayları ilə müqayisədə bu göstərici 4,5% çoxdur. Cari ilin I rübü ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 616,3 min ton Türkmənistan nefti nəql edilib.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat dövründə 5,5 mlrd. kubmetr qaz nəql edilib ki, ötən ilin yanvar-mart ayları ilə müqayisədə bu göstərici 11% artıb. Nəql edilmiş qazın 23,6%-i Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə cari ilin ötən aylarında 1,3 mlrd. kubmetr qaz nəql edilib, bu göstərici 2010-cu ilin yanvar-mart aylarına nisbətən dəyişməz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR