Azərbaycan yeni neft-qaz layihələrinin icrasına başlayır
X.Yusifzadənin sözlərinə görə, «Azəri-Çıraq-Günəşli» yataqlarında Çıraq Neft Layihəsi çərçivəsində işlər aparılır. Konsorsium tərəfindən burada yeni platformanın qurulması və buradan istismar quyularının qazılması nəzərdə tutulub.
Hazırda ARDNŞ və BP şirkətləri arasında «Azəri-Çıraq-Günəşli» yataqlarının dərin qatlarının istismarı ilə bağlı intensiv danışıqlar aparılır. Onun sözlərinə görə, söhbət bu yataqların altındakı qaz layından hasilata başlanmasından gedir. Layihə həyata keçiriləcəyi təqdirdə burada qaz hasilatına 2017-ci ildə başlanması gözlənilir. Qeyd edək ki, dərin yataqdakı qaz ehtiyatları 200-250 mlrd. kubmetr həcmində qiymətləndirilir.
«Şahdəniz» layihəsinin II mərhələsinin başlanması üçün də işlər davam etdirilir. Bu mərhələnin işə düşməsi nəticəsində yataqda qaz hasilatının illik həcmi indiki 8,6-9 mlrd. kubmetrdən 25 mlrd. kubmetrə qədər artacaq.
Paralel olaraq ARDNŞ tərəfindən böyük ehtiyatlara malik olan «Ümid» yatağında işlər davam edir – burada ikinci quyunun qazılmasına başlanıb. «Ümid» yatağında 200 mlrd. kubmetr qaz və 40 mln. ton neft kondensatı ehtiyatı var.
X.Yusifzadənin sözlərinə görə, «Ümid» yatağında iri ehtiyatların tapılması faktiki olaraq onunla bitişik olan yataqların perspektivini – burada iri ehtiyatların olması ehtimalını artırıb. Bunlardan biri - «Babək» yatağında ehtiyatlar 400 mlrd. kubmetr qaz və 80 mln. ton kondensat həcmində qiymətləndirilir.
Bundan başqa, «Ümid»dəki tapıntı nəticəsində «Naxçıvan», «Məşəl», «Zəfər», «Asiman», «Şəfəq», «Araz», «Alov», «Şərq» və «Abşeron» yataqlarının perspektivi də yüksəlib. Qeyd edək ki, hazırda «Abşeron» yatağında layihə operatoru olan «Total» şirkəti tərəfindən axtarış quyusu qazılır. Layihə dərinyi 7200 metr olan quyuda qazma işləri 3363 metrə çatıb.
Bundan başqa, ARDNŞ ötən ilin sonundan etibarən «Bulla-Dəniz» və «Ələt-Dəniz» yataqlarında kəşfiyyat işlərini bərpa edib. Hazırda «Bulla-Dəniz»də layihə dərinliyi 6400 metr, «Ələt-Dəniz»də 4900 metr olan quyular qazılır.
Perspektiv planlara əsasən, ARDNŞ 1998-ci ildə xarici şirkətlər tərəfindən kəşf edilmiş «Qarabağ-Əşrəfi» yataqlarında da kəşfiyyat və istismar işləri aparmağı planlaşdırır.
Bununla yanaşı, Xəzərin Azərbaycan sektorunun azsulu hissəsində kiçik yataqlarda da kəşfiyyat işlərinin aparılması nəzərdə tutulub.
Bütün bunlar, eləcə də «Ümid» yatağından hasilatın başlanması nəticəsində perspektivdə Azərbaycanda neft hasilatının illik 50 mln. ton həddində sabitləşəcəyi, qaz hasilatının isə 2015-ci ildə illik 30 mlrd. kubmetrə çatacağı gözlənilir.
Xəbər Lenti
“Axios”: ABŞ və İran qarşılıqlı atəşkəs barədə razılığa gəlib
DÇ-2026: Kanada 1/8 finala çıxıb
Putin: Ankoricdə həqiqətən də heç bir razılaşma əldə olunmamışdı
Putin: Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələri şübhəsiz ki, problemlər yaradır
ABŞ rəsmisi: İranla danışıqlar texniki səviyyədə davam edir
FHN Bazardüzü zirvəsi istiqamətində xəsarət alan alpinisti xilas edib - VİDEO
Putin Zelenskinin Belarusa qarşı təhdidlərini Lukaşenko ilə ətraflı müzakirə etmədiyini deyib
Türkiyədə 3,6 bal gücündə zəlzələ olub
Türkiyə XİN: İsrail 1915-ci il hadisələri ilə bağlı qərarı ilə öz cinayətlərini ört-basdır etməyə çalışır
Venesuelada zəlzələnin dağıntıları altından 33 nəfər xilas edilib
Qətər vətəndaşı gəmidə qəlpə yaralarından ölüb
Putin daxili bazar üçün yanacaq təchizatı ilə bağlı müşavirə keçirib
Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldılıb - FOTO
Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd ola bilər
Böyük Britaniyada anomal istilər davam edir, ölənlər var
Vilayəti: "Hizbullah" Livanın müstəqilliyinin dayağıdır
Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub - FOTOLENT
Qəbələdə güclü leysan yağışlarından sonra evlərin həyətinə su dolub, yollarda hərəkət məhdudlaşıb
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
İsrail ordusunun Baş Qərargah rəisi: Livanla tarixi razılaşma hərbi uğurlar sayəsində mümkün olub
Venesuelada zəlzələnin miqyası böyüyür, 60 min bina dağılıb və ya zədələnib
Ağdərədə baş verən qəzada xəsarət alanların adları açıqlanıb - FOTO - YENİLƏNİB-3
ÜST-ün baş direktoru: Avropada isti havalara görə, 1300-dən çox ölüm hadisəsi qeydə alınıb
Lerikdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
Fransa 11 nəfərin öldüyü təyyarə qəzasının səbəbini açıqlayıb - YENİLƏNİB
Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb - FOTOLENT - YENİLƏNİB-2
Səudiyyə Ərəbistanında helikopter qəzaya uğrayıb, 14 nəfər ölüb
İran və ABŞ arasında qarşılıqlı hücumlar artır – SON VƏZİYYƏT
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Cüdoçularımızdan Avropa Açıq Turnirində 3 medal qazanıb
Fransada rekord istilər qeydə alınıb, minə yaxın insan ölüb
Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib - FOTOLENT
İsrail hökuməti “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib, layihə Knessetə çıxarılacaq
Türkiyədə meşə yanğınları ilə bağlı 40 min hektar ərazi külə dönüb
DİM: İyunun 27-də keçirilməli olan qabiliyyət imtahanı təxirə salınıb, iyulun 7-də keçiriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərilib - FOTOLENT - VİDEO - YENİLƏNİB-2
Sabah çimərliklərdə hava küləkli olacaq
Bakıda külək əsir, rayonlarda yağış yağır - FAKTİKİ HAVA
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Azərbaycanın rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
KİV: Ukrayna Rusiya hərbi-sənaye kompleksinə zərbələrin sayına görə rekord müəyyənləşdirib
Kallas: Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLENT
DÇ-2026: Messi dünya mediasının gündəmi olub
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb
Keniyada təhsildə ingilis dilinə etiraz edilir