Bank Of Baku

Son bir ildə «Azərkimya»da əmək haqları 70% artıb

Son bir ildə «Azərkimya»da əmək haqları 70% artıb
# 18 aprel 2011 14:25 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinə daxil olan bütün strukturlarda olduğu kimi, «Azərkimya» İstehsalat Birliyində də aprelin 1-dən etibarən əmək haşları artırılıb. «APA-Economics»in məlumatına görə, İB-nin baş direktoru Muxtar Babayev bildirib ki, əmək haqları vəzifədən asılı olaraq 5-15% artıb.

«Azərkimya»da maaşların 2010-cu ildə də artırıldığını xatırladan baş direktor burada eləcə də Neft Şirkətinin ənənəvi sosial proqramlarının tətbiq olunduğunu bildirib: «Nəticədə, 2010-cu ilin I rübündə «Azərkimya»da orta aylıq əmək haqqı 206 manat olduğu halda, indi bu rəqəm 350 manatdan artıqdır».

M.Babayevin sözlərinə görə, İB-də maaşların artımı birliyin işindən asılıdır: «Nə qədər çox və keyfiyyətli məhsul buraxsaq, işçilərin maddi durumu da bir o qədər yaxşı olacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR