Bank Of Baku

Xoşbəxt Yusifzadə: «Azərbaycan «Nabucco»nu təkbaşına da qazla təmin edə bilər»

Xoşbəxt Yusifzadə: «Azərbaycan «Nabucco»nu təkbaşına da qazla təmin edə bilər»
# 18 aprel 2011 14:30 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda işə başlayan V Xəzər Neft-Qaz Ticarət-Nəqliyyat Konfransındakı çıxışında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Qeyd edək ki, layihə çərçivəsində inşası planlaşdırılan «Nabucco» kəmərinin uzunluğu 3300 km, illik buraxılış gücü 26-32 mlrd. kubmetr nəzərdə tutulur. Bu kəmər vasitəsilə təbii qaz Azərbaycan və Türkmənistandan Avropa İttifaqı ölkələrinə, ilk növbədə Avstriya və Almaniyaya çatdırılmalıdır.

X.Yusifzadənin sözlərinə görə, bu günə Azərbaycanın təsdiq edilmiş neft ehtiyatlarının həcmi 2 mlrd. ton, qaz ehtiyatlarının həcmi isə 2,2 trln. kubmetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR