Bank Of Baku

Azərbaycan dünyanın 33 ölkəsinə neft və neft məhsulları ixrac edir

Azərbaycan dünyanın 33 ölkəsinə neft və neft məhsulları ixrac edir
# 18 aprel 2011 14:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Neft strategiyasının reallaşmasına başlayandan indiyədək Azərbaycandan xaricə 255,5 mln. ton neft və 22,2 mlrd. kubmetr qaz ixrac edilib.

«APA-Economics»in məlumatına görə, bu barədə bu gün Bakıda işinə başlayan V Xəzər Neft-Qaz Ticarət-Nəqliyyat Konfransındakı çıxışında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.

Onu sözlərinə görə, bu dövr ərzində (01.03.2011-ci il tarixinə) Bakı-Tiflis-Ceyhan kəməri ilə təqribən 150 mln. ton, Bakı-Supsa kəməri ilə 55,2 mln. ton, Bakı-Novorossiysk kəməri ilə 33 mln. ton, dəmiryolu ilə 17,7 mln. ton neft nəql edilib.

Bu dövrdə Bakı-Tiflis-Ərzurum kəməri ilə 17,5 mlrd. kubmetr, şimal istiqamətində - Rusiyaya 3,6 mlrd. kubmetr, cənuba - İrana isə 1,1 mlrd. kubmetr qaz nəql edilib.

Hazırda Azərbaycan dünyanın 33 ölkəsinə, o cümlədən ABŞ, Çin, Tailand, Braziliya, Çili və s.-ə neft və neft məhsulları ixrac edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR