Bank Of Baku

Bakıda Azərbaycan-Ukrayna Energetika üzrə İşçi Qrupunun iclası keçirilir

Bakıda Azərbaycan-Ukrayna Energetika üzrə İşçi Qrupunun iclası keçirilir
# 19 aprel 2011 08:34 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Bakıda Azərbaycan və Ukrayna arasında energetika sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun birgə iclası işə başlayıb. «APA-Economics»in məlumatına görə, iki gün davam edəcək iclasın gündəliyinə bir sıra əhəmiyyətli məsələlərin müzakirəsi daxil edilib.

İlk növbədə toplantıda Xəzər regionundan yüngül neftin Ukraynaya və Ukrayna ərazisindən tranzitlə üçüncü ölkələrə nəqli məsələsi müzakirə olunacaq. Bundan başqa, iclasın gündəliyinə «Sarmatia» layihəsi çərçivəsində Avrasiya Enerji Dəhlizi layihəsi çərçivəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri, AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsi və maye qazın Ukraynaya nəqli sahəsində əməkdaşlıq və ümumilikdə birgə layihələrin, o cümlədən Ukraynada maye qaz terminalının tikintisi layihəsinin perspektivləri kimi məsələlərin müzakirəsi daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR