Bank Of Baku

Ukrayna Azərbaycandan maye qaz almaq istəyir

Ukrayna Azərbaycandan maye qaz almaq istəyir
# 19 aprel 2011 09:26 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, Bakıda səfərdə olan Ukrayna Energetika və Kömür Sənayesi Nazirliyinin departament müdiri İnqor Kiryuşin bildirib ki, Ukrayna 2015-ci ilədək 5 mlrd. kubmetr maye qaz qəbul etməyə hazırdır. Həmin vaxtadək Ukraynada belə qazı qəbul etmək üçün terminal tikiləcək. Departament rəhbərinin sözlərinə görə, rəsmi Kiyev Azərbaycanı həmin terminalın tikintisinə investisiya qoymağa da dəvət edir. Eyni zamanda, Ukrayna tərəfi bu qazın sıxılması üçün Kulevi terminalının tikintisində öz iştirakını təklif edib.

Xatırladaq ki, AGRI layihəsi çərçivəsində Azərbaycandan hasil olunan qazın Gürcüstanın Qara dəniz sahəlindəki Kulevi limanına nəql edilməsi, burada xüsusi terminalda sıxılması və sıxılmış vəziyyətdə digər ölkələrə nəqli nəzərdə tutulur. Ukraynada tikiləcək terminal isə sıxılmış qazın qəbulu üçün nəzərdə tutulur. «Bununla da Ukrayna Azərbaycandan sıxılmış qazın nəqli ilə bağlı olan bütün layihələrdə iştirak etməyə hazırdır», - deyə İ.Kuryişin bildirib.

Ukrayna tərəfinin digər təklifi Azərbaycan neftinin ölkə ərazisi ilə nəqli ilə bağlıdır: «Ukrayna Azərbaycan neftinin öz ərazisi ilə Avropaya daşınmasını təklif edir». Hələlik bu məsələyə Azərbaycan tərəfinin cavabı məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR