Bank Of Baku

Azərbaycan I rübdə neft məhsullarının istehsalını azaldıb

Azərbaycan I rübdə neft məhsullarının istehsalını azaldıb
# 19 aprel 2011 09:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehsal olunan neft məhsullarının həcmi ötən ilin I rübünə nisbətən 3,4% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə avtomobil benzininin istehsalı 8,6% azalaraq 270,8 min ton, ağ neftin istehsalı 1,3% azalaraq 147,2 min ton, dizel yanacağının istehsalı 10,4% azalaraq 573,8 min ton olub: «Bununla yanaşı, sürtgü yağlarının istehsalı 1,6 dəfə, neft bitumu isə 26,9% artıb».

Neft emalı müəssisələrinin anbarlarında 38,5 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 17%-i qədər hazır məhsul olub.

Qeyd edək ki, 2011-ci il aprelin 1-i vəziyyətinə istehlakçılarda 311 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 8% az mazut yanacağı, 16,9 min ton və ya 3% çox avtomobil benzini, 15,2 min ton və ya 6,2% çox dizel yanacağı, 1,8 min ton və ya 12,5% çox maye qaz, 1,9 min ton və ya 11,8% çox sürtgü yağları, 5,5 min ton və ya 5,2% az daş kömür ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR