Bank Of Baku

Azərbaycanda sənaye mal ehtiyatları indeksi kəskin artıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi kəskin artıb
# 19 aprel 2011 14:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2011-ci ilin aprelin 1-nə müsbət 6,2% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks martın 1-nə mənfi 4,1%, fevralın 1-nə müsbət 9,2%, yanvarın 1-nə isə mənfi 4,2%-ə bərabər olub.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatları üzrə ay ərzində yaranmış fərqin həmin ayın əvvəlinə olan ehtiyatların həcminin dəyərinə nisbəti kimi hesablanır və hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir.

İndeksin müsbət olması mal ehtiyatlarının artımından xəbər verir ki, bu da son istehlakda azalma tendensiyasının yarandığını göstərir.

Qeyd edək ki, Azərbaycanda 2011-cu ilin aprelin 1-nə sənaye müəssisələrinin anbarlarında 226,2 mln. manat həcmində hazır məhsul ehtiyatı olub ki, bu da martın 1-nə nisbətən 13,1 mln. manat çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR