Bank Of Baku

Azərbaycanın kimya sənayesində istehsalın həcmi I rübdə 54% artıb

Azərbaycanın kimya sənayesində istehsalın həcmi I rübdə 54% artıb
# 21 aprel 2011 10:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastmas məmulatlarının istehsalı müəssisələri tərəfindən 62,1 mln. manatlıq və ya ötən ilin eyni dövrünə nisbətən 26,5% çox məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin I rübü ilə müqayisədə məhsul istehsalı kimya sənayesində 54,2% artıb, rezin və plastmas məmulatları istehsalında 30,7%, əczaçılıq məhsullarının istehsalında isə 0,6% azalma olub: «Əsas kimya məhsullarından polietilenin istehsalında 1,8 dəfə, propilenin istehsalında 21,2%, lak-boya məmulatlarının istehsalında 24,5% artım müşahidə olunub. Rezin və plastmas məmulatlarından bərk polietilen boruların istehsalı isə hesabat dövründə 1,6 dəfə artıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR