Bank Of Baku

Azərbaycanın metallurgiya sənayesində istehsalın həcmi I rübdə kəskin artıb

Azərbaycanın metallurgiya sənayesində istehsalın həcmi I rübdə kəskin artıb
# 21 aprel 2011 12:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 60,2 mln. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə ölkədə metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində məhsul istehsalı və xidmətlərin dəyəri 56,4% çoxalıb.

«Hesabat dövründə istehsalın həcmi metallurgiya sənayesində 2,1 dəfə artıb, hazır metal məmulatlarının istehsalı sahəsində isə 39% azalıb», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, cari ilin yanvar-mart ayları ərzində bu sahədə 64,1 min ton və ya 2,6 dəfə çox polad tökmə məhsulları, 50,1 min ton və ya 2 dəfə çox armatur, 64,7 ton və ya 77,9% az çuqun tökmə istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR