Bank Of Baku

ARDNŞ-ın «Neft Daşları» yatağında yeni quyu qazılır

ARDNŞ-ın «Neft Daşları» yatağında yeni quyu qazılır
# 21 aprel 2011 15:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Neft Daşları» yatağındakı 2521 nömrəli platformadan növbəti 4-cü quyunun qazmasına başlanılıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, Kompleks Qazma İşləri Trestinin «Neft Daşları» Dəniz Qazma İşləri İdarəsi tərəfindən Qala lay dəstəsinə qazılan 2524 nömrəli quyunun layihə dərinliyi 1440 metrdir.

Geoloqların hesablamalarına görə, «Neft Daşları» NQÇİ-nin sifarişi ilə qazılan quyudan sutkada 5 ton neft hasil olunacaq. Qeyd edək ki, 2521 nömrəli platformadan ümumilikdə 12 quyunun qazılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR