Bank Of Baku

BP şirkəti neft axınının nəticələrinin aradan qaldırılmasına 1 mlrd. dollar xərcləyəcək

BP şirkəti neft axınının nəticələrinin aradan qaldırılmasına 1 mlrd. dollar xərcləyəcək
# 22 aprel 2011 07:47 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniyanın BP şirkəti Meksika körfəzində baş vermiş neft axınının nəticələrinin aradan qaldırılması üçün 1 mlrd. dollar ödəyəcək.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi açıqlama yayıb.

Müvafiq razılaşma BP şirkətinin rəhbərliyi və ABŞ hökuməti tərəfindən imzalanıb. Razılaşmaya əsasən bu vəsait neft axını nəticəsində zərər çəkmiş Meksika körfəzi məntəqəsinin ekoloji sisteminin və çimərliklərin bərpasına sərf olunacaq.

Florida, Alabama, Missisipi və Texas ştatlarının hər biri 100 mln. dollar alacaq. Qalan vəsait isə federal hökumət və ya onun səlahiyyətli şəxsləri tərəfindən müəyyənləşdirilən layihələrə xərclənəcək.

Xatırladaq ki, BP-nin Meksika körfəzindəki “Deepwater Horizon” platforması ötən il aprelin 22-də 36 saatlıq yanğından sonra batıb. Bu zaman baş verən partlayış 11 nəfərin həyatına son qoyub. Bu, ABŞ tarixində ən böyük ekoloji fəlakət sayılır. ABŞ hökuməti Meksika körfəzində baş vermiş neft axınına görə məsuliyyəti BP-nin üzərinə qoyub. Şirkət 20 mlrd. dollar təzminat ödəmək üçün xüsusi fond yaratmağa razılaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR