Bank Of Baku

ABŞ-da neftin qiymətinə nəzarət üzrə yeni qurum yaradılacaq

ABŞ-da neftin qiymətinə nəzarət üzrə yeni qurum yaradılacaq
# 22 aprel 2011 09:28 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-da neftin qiymətinə nəzarət üzrə yeni qurum yaradılacaq. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu barədə ABŞ prezidenti Barak Obama Nevada ştatının Rino şəhərində seçicilərlə keçirdiyi görüşündə bildirib.

Prezident bildirib ki, ABŞ Ədliyyə Nazirliyi neft bazarlarında maliyyə maxinasiyaları hallarını aradan qaldırmağa çalışır, ölkənin baş prokuroru Erik Holder isə nazirliyin tərkibində müvafiq işçi qrup yaradır: “Bu işçi qrup neftin qiymətinin artmasında tacirlərin və möhtəkirlərin rolunu da araşdıracaq”.

Öz növbəsində Erik Holder ictimaiyyəti əmin edib ki, neftin qiymətinin qanunsuz şəkildə artırılmasının qarşısını almaq üçün bütün zəruri tədbirlər həyata keçiriləcək: “Amma qiymətlərə bəzən obyektiv səbəblər də təsir edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR