Bank Of Baku

Göyçay Qaz İstismar Sahəsinin rəisi və müavini işdən azad edilib

Göyçay Qaz İstismar Sahəsinin rəisi və müavini işdən azad edilib
# 22 aprel 2011 11:42 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov - APA. Göyçay rayonunda işində nöqsanlara yol verən idarə rəisi və müavini işdən azad edilib, 6 nəfərə töhmət verilib.

APA-nın Şirvan bürosunun xəbərinə görə, “Azəriqaz” İstehsalat Birliyinin komissiyası Göyçay Qaz İstismar Sahəsinin (QİS) işində yoxlamalar aparıb və ciddi nöqsanlar aşkar edib.

Yoxlamaların nəticəsi olaraq idarənin rəisi Katib Qədiməliyev və müavini Ramil Musayev işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib, daha 6 nəfərə isə töhmət verilib. QİS-in qəza dispetçer xidmətinin rəisi Abdulbağı Osmanov idarəyə rəis əvəzi təyin edilib.

Qeyd edək ki, Katib Qədiməliyev və Ramil Musayev sözügedən vəzifələrə ötən ilin mart ayında təyin edilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR