Bank Of Baku

Azərbaycan maşın və avadanlıqların istehsalını 19% artırıb

Azərbaycan maşın və avadanlıqların istehsalını 19% artırıb
# 25 aprel 2011 07:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda maşın və avadanlıqların istehsalı, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı sahəsində məhsul istehsalının həcmi 33,2 mln. manat olub ki, bu da ötən ilə nisbətən 19,3% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə 208 ədəd MAZ markalı yük avtomobili, 89 ədəd «Lifan» markalı minik avtomobili istehsal edilib ki, yük və minik avtomobillərinin hamısı istifadəçilərə göndərilib.

Qeyd edək ki, 2011-ci ilin aprelin 1-nə müəssisələrin anbarlarında 23,6 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 10,4%-i qədər hazır məhsul ehtiyatı olub. Bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 8,2% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR