Bank Of Baku

Asiya İnkişaf Bankının energetika missiyası Azərbaycana gələcək

Asiya İnkişaf Bankının energetika missiyası Azərbaycana gələcək
# 26 aprel 2011 06:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mayın 10-da Asiya İnkişaf Bankının (AİB) energetika missiyası Azərbaycana səfər edəcək.

Bankın Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, missiyaya AİB-in enerqetika üzrə baş mütəxəssisi olan Tianxua Luo (Tianhua Luo) daxil olacaq: «Səfərin məqsədi mayın 11-də Bakıda enerji paylanmasının inkişafına dair İnvestisiya Proqramının hazırlanması üzrə keçirilən seminarda iştirak etməkdir. Seminarda Azərbaycanın bir sıra dövlət qurumlarının nümayəndələrinin də iştirakı gözlənilir».

Xatırladaq ki, hazırda AİB Azərbaycanda «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi»ni (Power Transmission Enhancement Project) icra edir. Layihənin dəyəri 240 mln. ABŞ dolları təşkil edir. Bunun 160 mln. dollarını AİB, 80 mln. dollarını isə «Azərenerji» ASC ayırıb. 25 il müddətinə ayrılan bu uzunmüddətli kredit iki dövriyyəli 220 kV-luq ötürücü xəttin və bu xəttin üzərində olan yarımstansiyaların qurulmasına sərf olunacaq. Nəticədə, «Azərenerji» ASC tərəfindən 60 ildən artıq istismar olunan mövcud iki xətt yenisi ilə əvəz ediləcək. İnfrastrukturun müasirləşdirilməsi Bakı yaxınlığındakı sənaye mərkəzi və ətraf ərazilərə elektrik enerjisinin ötürülməsində müşahidə olunan itkiləri azaltmağa və enerji təchizatının dayanıqlığına imkan verəcək.

Ümumilikdə, layihənin həyata keçirilməsi ölkənin elektrik enerjisi idxalına tələbatını azaldacaq, su elektrik resurslarını optimallaşdırmağa kömək edəcək və elektrik enerjisi istehsalında qənaət edilmiş təbii qaz və mazutu ixrac etməklə ölkəyə əlavə gəlir gətirəcək. Bu kredit ölkə hökumətinin enerji təhlükəsizliyini təmin etmək, enerji sektorunun inkişaf etdirilməsi və təkmilləşdirməsi üçün prioritet proqramların reallaşmasına dəstək verəcək və özəl sektora investisiyalar cəlb etməyə kömək edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR