Bank Of Baku

Azərbaycan parlamenti iki yeni beynəlxalq neft-qaz kontraktını ratifikasiya edəcək

Azərbaycan parlamenti iki yeni beynəlxalq neft-qaz kontraktını ratifikasiya edəcək
# 26 aprel 2011 11:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda 2 qanun layihəsi – «Xəzər dənizinin Azərbaycan sektorunda «Şəfəq-Asiman» dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında ARDNŞ, «BP Exploration Ltd.» və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə» və «Azərbaycan Respublikasında «Balaxanı-Sabunçu-Ramana» və «Kürdəxanı» neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında ARDNŞ, «UQE-Lanser PTİ. Ltd.» və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə» qanun layihələri müzakirə olunub.

İclasda bildirilib ki, bu qanunlar qüvvəyə mindikdən sonra podratçının saziş, hökumət təminatı və əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər onun qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün iştirakçılara bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.

Deputatların müzakirəsindən sonra hər iki qanun layihəsinin parlamentin iclasına çıxarılması tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR