Bank Of Baku

ARDNŞ-da yeni departament yaradılıb

ARDNŞ-da yeni departament yaradılıb
# 27 aprel 2011 08:37 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) “İnsan resursları departamenti” yaradılıb.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, departament “Uçot və işçilərlə əlaqələr”, “Təlim və inkişaf” və “İşə qəbul və yerləşdirmə” şöbələrindən ibarətdir. Yeni yaradılmış departament insan resurslarının idarə edilməsi üzrə işlərin vahid mərkəzdən və peşəkar səviyyədə idarə olunmasını həyata keçirəcək.

Artıq departamentin şöbələrinə ilk təyinatlar olub. ARDNŞ-ın Təqaüd Proqramının ilk iştirakçılarından olmuş Oksford Universitetinin magistri Tural Əliyev “Təlim və inkişaf” şöbəsinin, Oklahoma Universitetinin magistri Teymur Mahmudov isə “İşə qəbul və yerləşdirmə” şöbəsinin rəisi vəzifələrinə təyin olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR