Bank Of Baku

“SOCAR Georgia Petrolium” beynəlxalq mükafata layiq görülüb

“SOCAR Georgia Petrolium” beynəlxalq mükafata layiq görülüb
# 27 aprel 2011 13:32 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün İsveçrənin SCS beynəlxalq təşkilatı “SOCAR Georgia Petrolium” şirkətinə “İdarəetmənin keyfiyyət sertifikatı”nı təqdim edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, SCS-in Xəzər regionu üzrə icraçı direktoru Aleksandr Voznyuk 2010-cu ildə keçirilən auditin nəticələrinə görə bu sertifikata “SOCAR Georgia Petrolium”un layiq olduğunu bildirib və sertifikatı ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədova təqdim edib.

M.Məmmədov çıxışında edən SCS şirkətinin rəhbərliyinə minnətdarlığını bildirib: “Bu mükafat bizi daha məsuliyyətlə çalışmaq üçün imkanlarımızı bir daha səfərbərliyə almağa çağırır. Keçən il ARDNŞ-ın törəmə şirkəti olan “SOCAR Georgia Gas” bu sertifikata layiq görülüb. Bu il “SOCAR Georgia Petrolium” keyfiyyətli yanacaq satışında sevindirici uğurlar əldə etdiyinə görə bu mükafata sahib olub. Biz Gürcüstan bazarında daha keyfiyyətli yanacaq satışına çalışırıq. Bu mükafat gələcəkdə işimizi daha məsuliyyətlə qurmaq üçün stimul yaradır”.

Tədbirdə “SOCAR Georgia Petrolium”un direktoru David Zubutaşvili və digər təşkilatların nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR