Bank Of Baku

Rusiya benzin ixracına qadağa qoyur

Rusiya benzin ixracına qadağa qoyur
# 28 aprel 2011 12:39 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya gələn aydan benzin ixracına müvəqqəti qadağa qoyur. “APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya energetika nazirinin müavini Sergey Kudryaşov açıqlama verib.

Onun sözlərinə görə, daxili bazarın ehtiyaclarını təmin etmək üçün neft şirkətləri ilə müvafiq razılıq əldə olunub.

Nazir müavini benzinin qiymətinin dövlət tərəfindən tənzimlənməsinə ehtiyac görmədiyini vurğulayıb: “İxraca embarqo qoyulması o demək deyil ki, benzinin bahalaşmasından yayınmaq mümkün olacaq. Nazirlik yaxın perspektivdə ölkədə benzinin 5% bahalaşacağını proqnozlaşdırır”.

Qeyd edək ki, ötən həftənin sonunda Rusiyanın bəzi vilayətlərində benzin qıtlığı qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR