Bank Of Baku

Sabah Ağdaşın qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah Ağdaşın qaz təchizatında məhdudiyyətlər olacaq
# 28 aprel 2011 15:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Aprel ayının 29-da saat 09:00-dan 18:00-dək «Ağdaş» və «Şəmsabad» Qazpaylayıcı Stansiyalarından təbii qazın təchizatı dayandırılacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, qazın verilməsində yaranacaq fasilə stansiyalarda təmir işlərinin aparılması və siyirtmələrin quraşdırılması ilə bağlıdır. Həmin müddətdə Ağdaş şəhəri daxil olmaqla, rayonun bütün kənd və qəsəbələrinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR