Bank Of Baku

Azərbaycan və Ukrayna sıxlaşdırılmış qaz terminalının tikintisi və tədarükü ilə bağlı məsləhətləşmələr aparır

Azərbaycan və Ukrayna sıxlaşdırılmış qaz terminalının tikintisi və tədarükü ilə bağlı məsləhətləşmələr aparır
# 28 aprel 2011 16:09 (UTC +04:00)
APA-nın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu iki ölkə prezidentinin Bakıda keçirdikləri birgə mətbuat konfransında Azərbaycanın dövlət başçısı İlham Əliyev deyib. O, müvafiq razılaşmanın (Ukraynaya sıxlaşdırılmış qazın tədarükünə dair əməkdaşlıq haqqında Memorandum) bu ilin yanvarında Davosda imzalandığını xatırladıb: “Biz bu mövzuda ciddi məsləhətləşmələrə başlayırıq”.

İ. Əliyev buy layihənin həyata keçirilməsi üçün bir sıra texniki, kommersiya və hüquqi məsələlərin həllinin vacibliyini vurğulayıb: “Müzakirə zamanı biz ukraynalı tərəfdaşlarımızda bu layihəni reallaşdırmaq istiqamətində güclü istək olduğunu gördük. Bu, Ukrayna tərəfinin təşəbbüsüdür. İki ölkə nazirlikləri və şirkətləri səviyyəsində fəal məsləhətləşmələr aparılır. Hesab edirəm ki, bu məsləhətləşmələrin nəticəsi olaraq konkret təkliflər və texniki-iqtisadi əsaslandırma ortaya çıxacaq. Biz bu layihəni perspektivli sayırıq və onun reallaşmasında fəal iştirak edəcəyik”.

İ. Əliyev enerji sahəsində əməkdaşlığın Azərbaycan-Ukrayna əməkdaşlığının mühüm tərkib hissəsi olduğuna diqqət çəkib. O, ötən il Azərbaycandan Ukraynaya 1,5 milyon ton neft ixrac olunduğunu xatırladıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR