Bank Of Baku

“Total”ın mənfəəti 1,5 dəfə artıb

“Total”ın mənfəəti 1,5 dəfə artıb
# 29 aprel 2011 13:49 (UTC +04:00)
Bakı - APA-Economics. Fransanın “Total SA” neft-qaz şirkəti cari ilin I rübündə mənfəəti 1,5 dəfə artaraq 3,94 mlrd. avroya yüksəlib. “APA-Economics”in xəbərinə görə, şirkətin gəliri 22% artaraq 46,03 mlrd. avroya çatıb.

Mənfəət və gəlirin artmasına Yaxın Şərqdə baş verən hadisələr və Liviyadakı müharibə ilə əlaqədar neftin bahalaşması səbəb olub.

Qeyd edək ki, “Total” dünyanın ən böyük neft-qaz şirkətlərindən biridir. Mərkəzi ofisi Parisdə yerləşən şirkətin işçilərinin sayı dünya üzrə 90 min nəfərə yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR