Bank Of Baku

Kulevi terminalına universal yedək gəmisi gətirilib

Kulevi terminalına universal yedək gəmisi gətirilib
# 29 aprel 2011 15:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Kulevi Qara Dəniz Terminalında “Bars” universal yedək gəmisinin istismarına başlanıb.

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, gəmi “AFRAMAX” tipli tankerlərin yedəyə götürülməsi üçün istifadə ediləcək.

Ötən ildə inşa edilmiş, müasir naviqasiya və yanğın əleyhinə sistemlə təchiz olunmuş 4 080 at gücünə malik yedək gəmisi bu günlərdə terminala gətirilib. Gürcüstanın ən müasir və yüksək səviyyədə təchiz olunmuş limanlarından biri olan Kulevi terminalı təhlükəsiz yanalma və yükləmə əməliyyatları həyata keçirir. İstismara verilən gündən bəri, yəni 2008-ci ilin may ayından terminalda 347 tanker yüklənib yola salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR