Bank Of Baku

Ukrayna qaz müqaviləsinin yenidən baxılmasına dair Rusiya ilə razılaşmaq niyyətindədir

Ukrayna qaz müqaviləsinin yenidən baxılmasına dair Rusiya ilə razılaşmaq niyyətindədir
# 30 aprel 2011 10:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ukrayna Rusiya ilə 2009-cu ilin yanvar ayına olan qaz müqaviləsinə məhkəmədən kənar yenidən baxılmasına dair razılaşmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Boyko bildirib.

Y. Boyko ümid edir ki, cari ilin yay aylarında sözügedən məsələ üzrə tərəflər arasında kompromis tapılacaq: «Rusiya Ukraynayla bu məsələdə aparılan danışıqlarda «güc» tətbiq etmir».

Eyni zamanda nazir bildirib ki, Ukrayna Rusiya sərhədində qazı ən aşağı qiymətlə təklif edən şirkətdən alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR