Bank Of Baku

“Chevron”un xalis mənfəəti 36% artıb

“Chevron”un xalis mənfəəti 36% artıb
# 02 may 2011 12:08 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın ikinci nəhəng neft-qaz şirkəti olan “Chevron Corp.”un xalis mənfəəti cari ilin I rübündə 36% artıb. “APA-Economics”in xəbərinə görə, buna neftin qiymətinin kəskin artması səbəb olub.

Bu ilin ilk üç ayında şirkətin xalis mənfəəti 6,21 mlrd. dollar olub, gəliri isə 25% artaraq 60,34 mlrd. dollara çatıb.

Maraqlıdır ki, hesabat dövründə “Chevron”un orta sutkalıq hasilatı bir il əvvəlki göstərici ilə müqayisədə azalaraq 2,78 mln. bareldən 2,76 mln. barelə enib.

Qeyd edək ki, “Chevron Corp.”un dünya üzrə 60 min əməkdaşı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR