Bank Of Baku

Azərbaycandakı yanacaqdoldurma məntəqələri benzinin keyfiyyətinə müdaxilə edir

Azərbaycandakı yanacaqdoldurma məntəqələri benzinin keyfiyyətinə müdaxilə edir
# 03 may 2011 12:14 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

R.Həsənovun sözlərinə görə, Azərbaycanda benzin yalnız bir zavodda istehsal olunur: «Benzinin keyfiyyətinin aşağı düşməsinə isə yerlərdə, yəni yanacaqdoldurma məntəqələrində rast gəlmək mümkündür. Həmin məntəqələrdə benzinin tərkibinə müxtəlif maddələr qatılır».

R.Həsənov bildirib ki, komitə tərəfindən belə neqativ hallar dəfələrlə aşkarlanıb və qarşısı alınıb, hazırda belə hallara az rast gəlinir.

Komitə sədri qeyd edib ki, qurum tərəfindən aparılan yoxlamalar nəticəsində bəlli olub ki, bu cür nöqsanlara ən çox rayonlarda, kiçik və adsız yanacaqdoldurma məntəqələrində rast gəlinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR