Bank Of Baku

Azərbaycan sənaye şəhərciklərinin yaradılmasında BƏƏ təcrübəsini öyrənəcək

Azərbaycan sənaye şəhərciklərinin yaradılmasında BƏƏ təcrübəsini öyrənəcək
# 03 may 2011 13:15 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin iyununda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin nümayəndə heyəti sənaye şəhərciklərinin yaradılması ilə bağlı təcrübəni öyrənmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərə gedəcək. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının iclasında komissiyanın Azərbaycan tərəfdən həmsədri, iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Komissiyanın iclasında Azərbaycan tərəfi ölkədə sənaye şəhərciyinin yaradılması ilə bağlı planlarının olduğunu açıqlayıb. BƏƏ nümayəndə heyəti isə əmirliklərdə bununla bağlı təcrübənin olduğunu bildirib. BƏƏ-nin Abu-Dabi Fondunun nümayəndəsi bildirib ki, 2004-cü ildə yaradılan fond sənaye şəhərciklərinin yaradılması və bu işlərin maliyyələşdirilməsi sahəsində ixtisaslaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR