Bank Of Baku

«BP-Azerbaijan» Britaniyanın AMEC şirkəti ilə 600 mln. dollarlıq müqavilə imzalayıb

«BP-Azerbaijan» Britaniyanın AMEC şirkəti ilə 600 mln. dollarlıq müqavilə imzalayıb
# 03 may 2011 14:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda «Azəri-Çıraq-Günəşli» (AÇG), Bakı-Tiflis-Ceyhan (BTC), «Şahdəniz» və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrinin operatoru olan «BP-Azerbaijan» şirkəti mühəndis-texniki və kiçik layihələrin idarə edilməsi xidmətlərinin göstərilməsi üçün Böyük Britaniyanın AMEC şirkəti ilə dəyəri 600 mln. ABŞ dolları olan müqavilə imzalayıb.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu müqavilə AÇG və «Şahdəniz» dəniz qurğularını, AÇG, «Şahdəniz», BTC və CQBK-nın Səngəçal terminalındakı qurğularını, həmçinin, Bakı Dərin Özüllər Zavodundakı (BDÖZ) tədarük bazasını əhatə edir.

«Müqavilə təxminən 12 ay davam edən hərtərəfli və mürəkkəb seçim prosesi nəticəsində bağlanılıb. Müqavilənin müddəti 5 ildir və iki dəfə 4 il müddətinə uzadıla bilər. İşlər yerli «Azfen» şirkətinin iştirakı ilə Bakıda yerinə yetiriləcək», - deyə «BP-Azerbaijan» şirkətindən bildirilib.

Müqavilə əsasında AMEC şirkəti emal zavodunun və avadanlıqların səmərəliliyinin yaxşılaşdırılması yollarının müəyyən edilməsi məqsədi ilə mühəndis-texniki tədqiqatların aparılmasını, layihələşdirmə işlərini və işçi qüvvəsini, «BP-Azerbaijan» tərəfindən istismar edilən dənizdə və qurudakı obyektlərdə proseslərin və zavodun səmərəliliyi və ya təhlükəsizliyi üçün tələb olunan dəyişikliklərin layihələşdirilməsini, mövcud zavodun və avadanlıqların təmirinin və onlara texniki xidmət göstərilməsinin həyata keçirilməsini, layihələrin həyata keçirilməsi müddətində əvvəllər mövcud olan və ya yeni yataq qurğularının layihələşdirilməsinə, hazırlanmasına, tədarükünə, quraşdırılmasına və istismara verilməsinə, eləcə də işə salınmasına dəstək verilməsini, quruda və dənizdə mühəndis-texniki xidmətlər göstərən qruplar vasitəsilə kiçik dəyişikliklərin yerinə yetirilməsinə dəstək verilməsini təmin edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR