Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti apreldə Novorossiysk limanından 169 min ton xam neft ixrac edib

Azərbaycan Dövlət Neft Şirkəti apreldə Novorossiysk limanından 169 min ton xam neft ixrac edib
# 03 may 2011 14:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin aprel ayında Novorossiysk (Rusiya) limanından 169 320 ton, Supsa (Gürcüstan) limanından 153 833 ton, Çeyhan (Türkiyə) limanından 2 248 228 ton xam neft ixrac edib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ümümilikdə yanvar-aprel ayları ərzində Novorossiysk limanından 710 856 ton, Supsa limanından 942 401 ton, Ceyhan limanından isə 7 840 434 ton xam neft ixrac edilib.

Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

ARDNŞ-in hesablamalarına görə, aprel ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 123,49 dollara, Urals nefti – 119,38 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 126,18 dollara satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR