Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti avtomobil benzininin ixracını artırıb

Azərbaycan Dövlət Neft Şirkəti avtomobil benzininin ixracını artırıb
# 03 may 2011 15:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin aprel ayında 9 622 ton avtomobil benzini, 102 678 ton dizel yanacağı, 10 043 ton təyyarə yanacağı ixrac edib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, 2011-ci ilin yanvar-aprel ayları ərzində 25 248 ton avtomobil benzini, 419 866 ton dizel yanacağı, 34 257 ton təyyarə yanacağı, 2 395 ton soba mazutu ixrac edilib.

Qeyd edək ki, yanvar-aprel aylarında avtomobil benzinin ixracı 2 dəfə, dizel yanacağının ixracı 27,7%, təyyarə yanacağının ixracı 7,9% azalıb, soba mazutunun ixracı 10,2 dəfə artıb.

Cari ilin aprel ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 1 081,10 dollar (illik artım 38,9%), təyyarə yanacağı - 1 090,43 dollar (47%), dizel yanacağı – 1 002,10 dollar (42,6%), 1%-li kükürdlü mazutun qiyməti isə 706,47 dollar (43,5%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR