Bank Of Baku

Gürcüstanda “SOCAR” brendli daha 2 yanacaqdoldurma məntəqəsi açılıb

Gürcüstanda “SOCAR” brendli daha 2 yanacaqdoldurma məntəqəsi açılıb
# 04 may 2011 07:41 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı törəmə müəssisəsi “SOCAR Energy Georgia - SOCAR Georgia Petroleum” MMC “SOCAR” brendli daha 2 yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, müasir standartlara cavab verən yeni YDM-lər azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Yuxarı Saral kəndində, eləcə də Acarıstanın Xevaçauri rayonu ərazisində istifadəyə verilib. Bununla da Gürcüstanda “SOCAR Energy Georgia” MMC-yə məxsus YDM-lərin sayı 68-ə çatıb.

Açılış mərasimində ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin və “SOCAR Energy Georgia” MMC-nin rəhbər şəxsləri, yerli icra strukturlarının, habelə KİV nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR