Bank Of Baku

ARDNŞ apreldə 13 864 metr qazma işi həyata keçirib

ARDNŞ apreldə 13 864 metr qazma işi həyata keçirib
# 04 may 2011 14:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin aprel ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 13 864 metr qazma işi həyata keçirib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 13409 metri istismara, 455 metri kəşfiyyata aid olub. Ümumiyyətlə, 2011-ci ilin yanvar-aprel aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 54602 metr qazma işi görülüb ki, bunun da 51796 metri istismara, 2806 metri kəşfiyyata aid olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR