Bank Of Baku

Azərbaycanın şimal-qərb rayonlarına qazın verilməsi dayandırılıb

Azərbaycanın şimal-qərb rayonlarına qazın verilməsi dayandırılıb
# 05 may 2011 07:41 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb. APA-nın yerli bürosunun verdiyi məlumata əsasən, bu gün saat 08:30 radələrində Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarına qazın verilməsi dayandırılıb. Zaqatala Qaz İstismarı İdarəsindən (Qİİ) APA-ya verilən məlumatda bildirilir ki, buna səbəb Xaldan-Balakən magistral qaz kəmərinin 13, 37 və 38-ci kilometrliyində qaz sızmalarının aşkar edilməsidir. Hazırda Ağdaş Magistral Qaz Kəmərləri İdarəsinin əməkdaşları qaz sızmalarını aradan qaldırmaq istiqamətində təmir işlərinə başlayıb. Günün sonuna kimi təmir işlərinin başa çatdırılması, bölgəyə təbii qazın verilməsinin bərpa ediləcəyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR