Bank Of Baku

Aprel ayında BTC kəməri ilə 2,8 mln. ton Azərbaycan nefti nəql olunub

Aprel ayında BTC kəməri ilə 2,8 mln. ton Azərbaycan nefti nəql olunub
# 05 may 2011 13:37 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. 2011-ci ilin aprel ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2,8 mln. ton Azərbaycan nefti nəql olunub. ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin aprelinə nisbətən 9,68% azdır.

Bu ilin yanvar-aprel aylarında bu kəmərlə 11,4 mln. ton neft ötürülüb. Bu, ötən ilin eyni dövründən 0,5 mln. ton və ya 4,2% azdır. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2011-ci il may ayının 1-ə qədər BTC-yə 155,5 mln. ton neft vurulub. Bundan başqa, cari ilin aprel ayında BTC kəməri ilə 797 min ton Türkmənistan nefti nəql olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR