Bank Of Baku

Apreldə Ceyhan limanından dünya bazarlarına 2,9 mln. ton Azərbaycan nefti çıxarılıb

Apreldə Ceyhan limanından dünya bazarlarına 2,9 mln. ton Azərbaycan nefti çıxarılıb
# 05 may 2011 14:08 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. 2011-ci ilin aprel ayı ərzində 2,9 mln. ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 0,2 mln. ton və ya 6,5% azdır.

Bu həcmin 2,5 mln. tonunu Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-aprel aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 11,2 mln. ton olub. Bu isə ötən ilki dövrə nisbətən 0,3 mln. ton və ya 2,6% azdır. Ümumiyyətlə, BTC istismara verilən gündən 2011-ci ilin may ayının 1-ə qədər Ceyhan limanından 153,1 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR