Bank Of Baku

Azərbaycanın mühəndis-geoloji gəmisi Xəzərin Qazaxıstan sektorunda işə başlayıb

Azərbaycanın mühəndis-geoloji gəmisi Xəzərin Qazaxıstan sektorunda işə başlayıb
# 06 may 2011 08:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzər Dəniz Neft Donanmasının «Zöhrab Vəliyev» mühəndis-geoloji gəmisi Xəzər dənizinin Qazaxıstan sektorunda yerləşən «Nursultan» sahəsinə yola düşüb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, Latviyanın «Morinjgeologiya» SC ilə ARDNŞ-in Geofizika və Geologiya İdarəsi arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, hazırda həmin ərazidə zondlaşdırma və sualtı qruntun, onun tərkibinin öyrənilməsi, habelə dərinsulu neft-qaz platformalarının, eləcə də digər iri obyektlərin quraşdırılması, yerləşdirilməsi zamanı sualtı qruntun tərkibini və yükgötürmə qabiliyyətini təyin etmək məqsədilə mühəndisi-geoloji tədqiqat işləri həyata keçirilir. Geofizika və Geologiya İdarəsinin Kompleks Geoloji-Kəşfiyyat və Topoqrafiya İdarəsinin mütəxəssisləri tərəfindən «Nursultan» sahəsində 3 ədəd 30 metrlik, 1 ədəd 80 metrlik mühəndisi-geoloji quyunun qazılması və zondlama ilə 25 metrlik qazma işinin aparılması nəzərdə tutulub. Mütəxəssislər qazılmış quyulardan 9 ədəd nümunə götürərək tədqiq edəcək. Müqavilənin müddəti cari ilin sonuna qədərdir.

Qeyd edək ki, «Zöhrab Vəliyev» gəmisində mühəndisi-geoloji işlərin daha yüksək səviyyədə aparılmasını təmin etmək məqsədi ilə müasir geofiziki, geoloji və naviqasiya avadanlıqları quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR