Bank Of Baku

Azərbaycan nefti kəskin ucuzlaşıb

Azərbaycan nefti kəskin ucuzlaşıb
# 06 may 2011 11:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dünya bazarında Azərbaycan neftinin qiyməti aşağı düşüb. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsindən «APA-Economics»ə verilən məlumata görə, mayın 5-də London birjasında keçirilən hərraclarda «Azeri Light» markalı neftin qiyməti 6,80 (5,4%) dollar azalaraq 118,11 dollar olub.

Neftin belə kəskin ucuzlaşmasının səbəbi dolların məzənnəsinin artması, eləcə də ABŞ-da iqtisadiyyatın vəziyyəti ilə bağlı statistik göstəricilərin gözləniləndən pis olmasıdır. Daha dəqiqi ABŞ-da əmək bazarının vəziyyəti ilə bağlı hesabatda işsizlərin sayının daha 43 min nəfər artması barədə məlumatlar qiymətlərin enməsi üçün katalizator rolu oynayıb. Mütəxəssislər bunu ABŞ iqtisadiyyatının artımının zəifləməsi və yanacağa tələbatın azalacağı göstəricisi kimi qiymətləndirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR