Bank Of Baku

Rusiyanın neft və qaz ixracından gəlirləri 20-25% artıb

Rusiyanın neft və qaz ixracından gəlirləri 20-25% artıb
# 06 may 2011 13:30 (UTC +04:00)
Bakı - APA-Economics. Cari ilin I rübündə Rusiyanın neft və qaz ixracından gəlirləri 20-25% artıb. “APA-Economics”in xəbərinə görə, bu barədə ölkənin Federal Gömrük Xidməti açıqlama yayıb.

İxracın həcminin azalmasına baxmayaraq, yanvar-mart aylarında Rusiya neft ixracından 37,72 mlrd. dollar (+25%), qaz ixracından isə 14,97 mlrd. dollar (+20) gəlir əldə edib. bu dövrdə neft ixracının həcmi 6,4% azalaraq 53,75 mln. tona enib, qaz ixracı isə 11,6% artaraq 49 mlrd. kubmetrə yüksəlib.

Aprel ayında ölkədə baş verən yanacaq böhranı ilə əlaqədar Rusiya şirkətləri neft məhsullarının ixracını azaldıblar. Ona görə də bu ilin ilk üç ayında Rusiyadan neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2%, o cümlədən benzin ixracı 23,5%, dizel yanacağının ixracı 12,6% azalıb. Buna baxmayaraq, neft məhsullarının ixracından gəlirlər 16,7% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR