Bank Of Baku

Azərbaycan parlamenti daha bir beynəlxalq neft sazişini ratifikasiya edib

Azərbaycan parlamenti daha bir beynəlxalq neft sazişini ratifikasiya edib
# 06 may 2011 13:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Milli Məclis “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER PTİ. LTD və ARDNŞ-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsini təsdiq edib.

APA-Economics”in məlumatına görə, parlamentin bu gün keçirilən iclasında qanun layihəsini Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, vitse-spiker Valeh Ələsgərov təqdim edib.

Komitə sədri sazişlərin şərtləri və öhdəlikləri barədə məlumat verib. Bildirib ki, sənədlərdə tərəflərin iştirak payı, təminatları, ümumi hüquqları, neft-qaz əməliyyatlarının maliyyələşdirilməsi, kəşfiyyat dövrü, vergi, sığorta, idxal-ixrac qaydaları, ətraf mühitin mühafizəsi və digər məsələlər öz əksini tapıb.

Daha sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR