Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu Santyaqo Prinsiplərinin tətbiqi ilə bağlı ilk hesabatını açıqlayıb

Azərbaycan Dövlət Neft Fondu Santyaqo Prinsiplərinin tətbiqi ilə bağlı ilk hesabatını açıqlayıb
# 07 may 2011 14:43 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) «Santyaqo Prinsipləri» adı ilə tanınan Ümumi Qəbul olunmuş Prinsip və Normalarının (ÜQPN) tətbiqi ilə bağlı ilk hesabatını ictimaiyyətə açıqlayıb və onu illik əsasda nəzərdən keçirməyi planlaşdırır.

ARDNF-dan APA-ya verilən məlumata görə, 2008-ci ilin oktyabr ayında Suveren Fondların Beynəlxalq İşçi Qrupu bu Fondlar üçün «Santyaqo Prinsipləri»ni qəbul edib. Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) üzvü olan Azərbaycan Neft Fondu ÜQPN-in müəyyən edilməsində və hazırlanmasında yaxından iştirak edib. ÜQPN-in əsas məqsədi Suveren Fondlar üçün uyğun idarəetmə və hesabatlılığın təşkil edilməsi, eləcə də həmin Fondlar tərəfindən həyata keçirilən investisiyaların məqsədyönlü və düzgün əsaslara söykənməsini əks etdirən ümumi qəbul olunmuş prinsip və normaları təyin etməkdir.

Xatırladaq ki, Suveren Fondların Beynəlxalq Forumu Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılıb və ilk rəsmi iclasını 2008-ci il oktyabrın 8-9-da Bakıda keçirib. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətlərinin anlaşılmasını asanlaşdırmaqdır.

İlk hesabatla ARDNF-in rəsmi veb-saytında (http://www.oilfund.az/az/content/9/266) tanış olmaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR